525.Az

Azərbaycanın ən böyük vulkanlarından biri püskürdü


 

Azərbaycanın ən böyük vulkanlarından biri püskürdü<b style="color:red"></b> Azərbaycanın Hacıqabul rayonundakı Axtarma-Paşalı vulkanı püskürüb.
 
Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayonu Udulu kənd icra nümayəndəliyindən məlumat  verilib. Məlumatda bildirilib ki, püskürmə bu gecə saat 03.00 radələrində  qeydə alınıb və səhər saatlarına qədər davam edib.
 
Udulu qəsəbəsi ərazisində püskürən vulkan Azərbaycanın ən böyük vulkanlarından biridir. Bundan əvvəl - 2013-cü ilin aprel ayında püskürən vulkan Şirvan şəhərinin 35 km-liyində yerləşir, cənub-şərqi Şirvan ərazisindədir. Odla müşayiət olunan vulkan 30-35 metr hündürlüyə qədər qalxıb, ətraf ərazilərdən aydın müşahidə olunub. Vulkan palçığının orta qalınlığı 1 metr 20 sm-dir və 18 hektar sahəni örtüb.
 





26.01.2016    çap et  çap et