525.Az

Hava şəraiti ilə bağlı bəzi məktəblərdə şagirdlərin dərsə davamiyyəti azalıb


 

Hava şəraiti ilə bağlı bəzi məktəblərdə şagirdlərin dərsə davamiyyəti azalıb<b style="color:red"></b> “Qış mövsümünə hazırlıq və qarlı-şaxtalı havalarda məktəblərdə tədris prosesinin pozulması hallarına yol verilməməsi yerli təhsili idarəetmə orqanlarının, eləcə də yerli icra nümayəndəliklərinin diqqətindədir”.
 
Bu barədə APA-ya Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, kənd rayonlarında, xüsusilə dağlıq ərazilərdə yerləşən rayonların bir sıra kəndlərində qarın normadan artıq yağması ilə əlaqədar yollarda maneələrin yaranması, yolların buz bağlaması, güclü külək, eləcə də elektrik təminatında yaranmış fasilələr məktəblərdə davamiyyətə mənfi təsir edib:
 
“Yerlərdən alınmış məlumata əsasən, əksər dağlıq ərazilərdə qarın hündürlüyü 50-60 sm-ə çatıb. Hava şəraitinin pisləşməsi nəticəsində bəzi dağlıq və dağətəyi rayonların yüksək dağ kəndlərində şagirdlərin dərsə davamiyyəti nisbətən azalıb”.
 
Qeyd olunub ki, yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayır: “Tətil müddətində məktəblərdə hava şəraiti ilə bağlı yaranmış problemlərin aradan qaldırılması üçün yerli orqanlar tərəfindən müvafiq tədbirlər görüləcək”.
 





26.01.2016    çap et  çap et