525.Az

“Azərbaycanda multikulturalizm: təcrübə, tədris və tədqiqatlar”


 

“Azərbaycanda multikulturalizm: təcrübə, tədris və tədqiqatlar”<b style="color:red"></b>

Yanvarın 26-da Qərb Universitetində bu ali məktəb AMEA-nın Fəlsəfə və Hüquq İnstitutu ilə birgə “Azərbaycanda multikulturalizm: təcrübə, tədris və tədqiqatlar” mövzusunda “dəyirmi masa” keçirib.

AzərTAc xəbər verir ki, alim və mütəxəssislərin iştirak etdikləri tədbirdə Fəlsəfə və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-cı ilin ölkədə “Multikulturalizm İli” elan edildiyini xatırladıb. Alim, eyni zamanda, mövzunun əhəmiyyətindən danışıb.

“Dəyirmi masa”da Azərbaycan multikulturalizminin əsasları, multikulturalizm siyasəti, müasir dünyada baş verən ictimai-siyasi və sosial-iqtisadi proseslər fonunda multikulturalizmin yeri və rolu və s. mövzularda çıxışlar dinlənilib, geniş müzakirələr aparılıb.

 





26.01.2016    çap et  çap et