525.Az

Van Qal məşqi ləğv edib Hollandiyaya getdi


 

Van Qal məşqi ləğv edib Hollandiyaya getdi<b style="color:red"></b>

"Mançester Yunayted"in baş məşqçisi Lui van Qal komandasının dünənki məşqini ləğv edərək ölkəsi Hollandiyaya gedib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, qızının ad gününü qeyd etmək üçün bu addımı atan 64 yaşlı mütəxəssisin hərəkəti Britaniya mətbuatı tərəfindən birmənalı qarşılanmayıb. Van Qal oyunçularına bu gün də istirahət verib.

"MY"da gözlənilən uğura nail olmayan van Qalın klubdakı gələcəyi hələ də müəyyənləşməyib.

Qeyd edək ki, Premyer Liqada son oyunda "Sauthempton"a doğma meydanda 0:1 hesabı ilə uduzan "MY" 23 turdan sonra 37 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

 





26.01.2016    çap et  çap et