525.Az

​Lui Van Qalın istefası qəbul olunmadı


 

​Lui Van Qalın istefası qəbul olunmadı<b style="color:red"></b>

İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Lui Van Qalın istefası qəbul olunmayıb.

"Report"un məlumatına görə, Premyer Liqanın XXIII turunda "Sauthempton"a məğlub olandan (0:1) sonra hollandiyalı istefa ərizəsini klubun vitse-prezidenti Edu Vidvorduya təqdim edib.

Lakin klub rəsmisi mütəxəssisin ərizəsini qəbul etməyib və ona bir daha düşünməyi təklif edib.

Van Qal yekun qərarını yaxın günlərdə açıqlayacaq.

 





26.01.2016    çap et  çap et