525.Az

Azərbaycan vətəndaşı Rusiyada "donuz qrip"indən öldü


 

Azərbaycan vətəndaşı Rusiyada "donuz qrip"indən öldü<b style="color:red"></b> Rusiyanın Yamalo-Nenetsk Muxtar Vilayətinin Noyabrsk şəhərində pandemiya halı almış qrip virusu Azərbaycan vətəndaşının ölümünə səbəb olub.
 
APA-nın “Sever-Press” saytına istinadən verdiyi məlumata görə, Rusiya İstehlakçıların hüquqlarının müdafiəsinə nəzarət federal xidmətindən (Rospotrebnadzor) bildiriblər ki, 53 yaşlı azərbaycanlının ölümünə səbəb 7 gün ərzində evdə müalicə alması və xəstəxanaya gec müraciət etməsidir. Onun А/H1N1 ("donuz qripi") virusundan öldüyü ehtimal edilir.
 
Xatırladaq, ötən ilin noyabrında da vilayətin Yeni Urenqoy şəhərində А/H1N1 ("donuz qripi") virusundan ölüm faktı qeydə alınıb.
 
Son 1 həftədə isə şəhərdə kəskin respirator virus infeksiyası səbəbi ilə xəstəxanalara müraciət edənlərin sayı artıb.
 





26.01.2016    çap et  çap et