525.Az

Gənc yazarlar Gənclər Günü münasibətilə toplanır


 

Gənc yazarlar Gənclər Günü münasibətilə toplanır<b style="color:red"></b>

Ölkənin gənc qələm sahibləri Gənclər Gününü Sumqayıtda qeyd edəcəklər.

Dünya Gənc Türk Yazarlar Birliyindən (DGTYB) 525.az-a verilən məlumata görə, yanvarın 30-u saat 12:00-da Sumqayıtdakı “28 may” Mədəniyyət Evində 2 fevral – Gənclər Günü münasibəti ilə gənc ədiblərlə görüş keçiriləcək.

Məlumat üçün bildirək ki, tədbir Əli Kərim adına Poeziya Klubunun “2016-ci il təqvim planı”na uyğun olaraq təşkil edilib. 

Eyni zamanda, görüş Poeziya Klubunun və DGTYB-nin ötən il gördüyü işlər haqqında “könüllü hesabat” xarakteri daşıyacaq.

Gənc və yeni nəsil yazarların kitablarının sərgilənəcəyi görüşdə, Sumqayıt şəhərində yaşayan, ümumən respublika gənc yazarlarının problemləri, uğurları, istəkləri, layihələri müzakirə ediləcək.

Gənc qələm sahibləri öz şeirlərini oxuyacaq. Bir sıra yazarlara Poeziya Klubu və DGTYB-nin “fəxri fərmanı” veriləcək.

Görüşdə sərgilənən kitablar sonda Poeziya Klubuna, “28 may” Mədəniyyət Evinə, eləcə də, Sumqayıtın Mərkəzi Kitabxanasına hədiyyə ediləcək.

Qeyd edək ki, kitablarının sərgilənməsini istəyən müəlliflər öz kitablarını yanvarın 28-dək Birliyə yaxud Poeziya Klubuna təqdim etməlidirlər.

Cavid QƏDİR

 





26.01.2016    çap et  çap et