525.Az

İctimai Birlik faciə qurbanlarını andı


 

İctimai Birlik faciə qurbanlarını andı<b style="color:red"></b>

Gənclərin Elmi Araşdırmalarına Dəstək (GEAD) İctimai Birliyində 20 Yanvar hadisəsinin 26-cı ildönümü ilə əlaqədar olaraq "20 Yanvar qırğınının şəhidi və şahidi" adı altında seminar keçirib.

GEAD mətbuat xidmətindən verilən məlumata görə, seminarın qonağı əməkdar mədəniyyət işçisi, ali media mükafatı laureatı Məzahir Süleymanzadə olub.

Seminarı giriş sözü ilə açan GEAD İctimai Birliyinin sədri, dosent Məmmədəli Babaşlı faciə haqda məlumat verib. O, bu günün Azərbaycan xalqının yaddaşında qanlı izlər qoyduğu kimi, eyni zamanda şərəfli bir tarixin başlanğıcı olduğunu və müasir Azərbaycan dövlətinin təməlini təşkil etdiyini xüsusi vurğulayıb.

Məzahir Süleymanzadə tədbir mövzusunun "20 Yanvar qırğının şəhidi və şahidi" adlandırılma səbəbindən danışıb. 1990-cı il 20 Yanvar qırğınından dərhal sonra informasiya blokadasını yararaq 2 milyon tirajla nəşr olunan "Səhər" qəzetinin güllə yağmuruna tutulduğunu, övladı şəhid düşən ata kimi onun da bu hadisə qarşısında böyük sarsıntı keçirdiyindən bəhs edib.
 
Daha sonra məruzəçi 20 Yanvar mövzusunda belə bir seminarın keçirilməsinin əhəmiyyətindən geniş söhbət açaraq "20 Yanvar" hadisəsinin matəm günü olaraq anılmasıyla yanaşı, bu tarixi hadisənin Azərbaycan milli azadlıq hərəkatının təməlini qoyduğunu, Azərbaycan tarixində yeni bir səhifənin başlanğıcı olduğunu söyləyib.

Vəfa MƏMMƏDLİ

 





26.01.2016    çap et  çap et