525.Az

Ərdoğanın ABŞ səfəri ləğv edilib


 

Ərdoğanın ABŞ səfəri ləğv edilib

Baş nazir Rəcəb Tayyib Ərdoğan BMT sessiyasında iştirak etməyəcək.

525.az TRT-yə istinadən xəbər verir ki, Baş Nazirlikdən verilən açıqlamada Ərdoğanın ABŞ səfərinin ləğv edildiyi bildirilib. Buna səbəb kimi isə Ədalət və İnkişaf Partiyasının sentyabrın 30-da keçiriləcək qurultayı ilə bağlı baş nazirin qrafikinin sıx olması göstərilib.

Açıqlamada Türkiyəni BMT sessiyasında xarici işlər naziri Əhməd Davudoğlunun təmsil edəcəyi bildirilib.

Daha əvvəl baş nazirin 5 gün planlaşdırılan səfərinin 3 günə endirildiyi açıqlanmışdı.

 





21.09.2012    çap et  çap et