Bakıda univermaq binasının damının çökməsi nəticəsində xəsarət alan şəxslər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan APA-ya verilən məlumata görə, bunlar 38 yaşlı Elşad Eyvaz oğlu Abdullayev və 35 yaşlı Bəhruz Hacıəli oğlu Məmmədovdur.
Yaralıların xəsarətinin yüngül olduğu bildirilir.
*** 15:44
Bakıda univermaq çöküb.
"Report"un məlumatına görə, hadisə Suraxanı rayonu ərazində yerləşən köhnə univermaqda baş verib.
Belə ki, yağan qar nəticəsində univermağın dam örtüyü ağırlığa tab gətirməyib çöküb.
Hadisə nəticəsində 3 nəfərin dağıntılar altında qaldığı bildirilir. Hadisə yerinə Təcili Tibbi Yardım və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Xəsarət alanlar xəstəxanalara aparılıb.
çap et