525.Az

Bakı-Ağstafa qatarının daşa basılması ilə bağlı cinayət işi başlandı


 

Bakı-Ağstafa qatarının daşa basılması ilə bağlı cinayət işi başlandı<b style="color:red"></b> Bakı-Ağstafa qatarının daşa basılması faktı ilə bağlı cinayət işi başlanıb.
 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Böyük kəsik-Bakı sərnişin qatarının Tovuz rayonu ərazisində xuliqanlıq zəminində daşa basılması və iki nəfırin xəsarət alması faktı ilə bağlı nazirliyin Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. 
 
Qeyd edək ki, yanvarın 22-si saat 23 radələrində Böyük kəsik-Bakı sərnişin qatarı Tovuz rayonu ərazisində hərəkətdə olarkən naməlum şəxs və ya şəxslərin xuliqanlıq zəminində daş ataraq qatarın bir neçə pəncərə şüşələrini sındırıblar.

Nəticədə 2 nəfər sərnişin yüngül xəsarət alıb.
 





27.01.2016    çap et  çap et