525.Az

Bakı-Qazax magistralında mikroavtobus aşdı


 

Bakı-Qazax magistralında mikroavtobus aşdı<b style="color:red"></b> Bakı-Qazax magistralında mikroavtobusun aşmasına yolun buz bağlaması səbəb olub.
 

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistralının 167-ci kilometrliyində qeydə alınıb.
 
Bakı-Qazax magistralında yolun buz bağlaması səbəbindən mikroavtobus aşıb.

Ağdam rayon sakini, 1962-ci il təvəllüdlü Yusif Teymur oğlu Abdullayevin idarə etdiyi “Ford” markalı, 10 XC 133 dövlət nömrə nişanlı mikroavtobus Bakı istiqamətində hərəkətdə olarkən aşıb.

Nəticədə mikroavtobusda olan 10 nəfər yüngül xəsarət alıb. Hadisə yerinə 5 təcilli tibbi yardım maşını gəlib. Sərnişinlərə yerində tibbi yardım göstərilib.

İlkin məlumatlarda 12 nəfərin xəsarət aldığı bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.
 





27.01.2016    çap et  çap et