525.Az

Azad Rəhimov Qubada vətəndaşları qəbul edəcək


 

Azad Rəhimov Qubada vətəndaşları qəbul edəcək<b style="color:red"></b> Gənclər və idman naziri Azad Rəhimov fevralın 12-də Quba rayonunda vətəndaşları qəbul edəcək.

Nazirlikdən APA-ya verilən məlumata görə, qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayon sakinləri iştirak edəcək.

Qəbul üçün vətəndaşların qeydiyyatı yanvarın 27-dən fevralın 11-dək aparılacaq. Qəbula gəlmək istəyən vətəndaşlar qeyd olunan rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.
 





27.01.2016    çap et  çap et