525.Az

"Söz" ədəbi layihəsi üzrə daha bir tədbir


 

"Söz" ədəbi layihəsi üzrə daha bir tədbir<b style="color:red"></b>

Yanvarın 25-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Söz" adlı ədəbi layihənin növbəti tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Sovet şairi və aktyoru, musiqişünas, SSRİ Dövlət mükafatı laureatı Vladimir Visoskinə həsr olunub. Əvvəlcə şairin mahnı və şeirlərinin əks olunduğu videoçarx nümayiş edilib.

Daha sonra layihənin rəhbəri Nigar Həsənzadə çıxış edərək layihənin əsas məqsədinin Azərbaycan yazıçı və şairlərinin həm ölkə daxilində, həm də beynəlxalq ədəbi mühitdə tanıdılması, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın və diqqətin artırılması olduğunu diqqətə çatdırıb.

Bildirilib ki, layihə ölkəmizin mədəniyyətinin təbliğinə, klassik və müasir ədəbiyyatımızın dünyada tanıdılması və yeni istedadlı yazarların aşkar olunması baxımından əhəmiyyətlidir.

Daha sonra tədbir Vladimir Visoskinin repertuarında səslənən müxtəlif musiqi və şeirlərlə davam etdirilib.

Qeyd edək ki, bu tədbir "Söz" ədəbi layihəsinin sayca ikinci tədbiridir. Layihə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

 





27.01.2016    çap et  çap et