525.Az

Univermağın dam örtüyünün çökməsi ilə bağlı rəsmi məlumat


 

Univermağın dam örtüyünün çökməsi ilə bağlı rəsmi məlumat<b style="color:red"></b>

Daxili İşlər Nazirliyi (DİN) Bakıda univermağın dam örtüyünün çökməsi hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

“Report”un xəbərinə görə, məlumatda bildirilib ki, yanvarın 26-da Suraxanı rayonunun Əmircan qəsəbəsində Bakı şəhər sakinləri Elşad Abdullayev və Bəhruz Abdullayev istifadə olunmayan mağazanın dam örtüyünü qardan təmizləyərkən dam çöküb.

Nəticədə xəsarət alan E.Abdullayev və B.Abdullayev xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 





27.01.2016    çap et  çap et