525.Az

Gənc Azərbaycan yazıçısının əsəri Özbəkistanın "Kitob dunyasi" qəzetində


 

Gənc Azərbaycan yazıçısının əsəri Özbəkistanın "Kitob dunyasi" qəzetində<b style="color:red"></b>

Daşkənddə özbək dilində çap olunan "Kitob dunyasi" qəzetində gənc Azərbaycan yazıçısı Pərvin Nurəliyevanın "Qar yağacaq" adlı hekayəsi dərc edilib.

Hekayəni Azərbaycan dilindən özbək dilinə ədəbiyyatımızın yaxın dostu, tanınmış alim və tərcüməçi Babaxan Məhəmməd Şərif çevirib.

2015-ci ildə Babaxan Məhəmməd Şərifin tərcüməsində Pərvin Nurəliyevanın hekayələr kitabı da özbək dilində çap edilib.

2013-cü ildə isə B.M.Şərifin tərtibçiliyi ilə "İyirminci əsr Azərbaycan poeziyası antologiyası" kitabı özbək dilində işıq üzü görüb.

Babaxan Məhəmməd Şərif AZƏRTAC-ın müxbirinə bildirib ki, hazırda da Azərbaycan ədəbiyyatı nümunələrinin özbək dilinə tərcüməsi ilə məşğuldur.

 





27.01.2016    çap et  çap et