525.Az

"Ulduz"un yeni ildə birinci sayı


 

"Ulduz"un yeni ildə birinci sayı<b style="color:red"></b>

Bu günlərdə "Ulduz" jurnalının yeni sayı işıq üzü görüb.

Jurnala budəfəki ekspert rəyini tanınmış ədəbiyyatşünas Şirindil Alışanlı yazıb. O, "Qulu Ağsəsə məktub" adlı yazısında jurnalın ötən sayını ciddi mülahizələrlə təhlil edib.

Ekspertin fikrincə, gənclər yüksək sənətkarlıq meyarlarına, yeni məzmun və biçim axtarışlarına laqeyd görünürlər: "Çox istərdim ki, senzurasız, demokratik ədəbi meyarlara söykənən bir ədəbi ünvanda bir neçə günlük özümə həmsöhbət tapım. Təəssüf ki, mənim həmsöhbətlərim ya bildiklərimi, eşitdiklərimi mənə danışır, çox halda da zəif formada, ya da ədəbi həyata yenicə gəlmiş gənc yazarlar yerli-yersiz keçmişə-gələcəyə uçurlar, lakin bu "səyahət"in nə sosial-ictimai məzmunu, nə də bədii reallaşması yeni deyildir. Elə bil bu müəlliflər bizim günlərin adamı deyillər".

Ekspert rəyini Kamran Nəzirlinin "Özüylə söhbət"i izləyir.

"Şeir vaxtı"nda Aybəniz Əliyar, Elşad Barat, Hikmət Məlikzadə və Ramilə Qardaşxanqızının şeirləri verilib.

"Nəsr" bölümündə Ceyhun Musaoğlunun "Ekranın oğurladığı arvad", Natiq Məmmədlinin "Bekketə salam" və Rövşən Yerfinin "Qeyri-adi köç" hekayələri yer alıb.

"Məqam" rubrikasında Rübabə Sahib "Güclü və aşkar esseistika" yazısı ilə Kamal Abdullanın esseləri barədə fikirlərini bölüşüb.

"Debüt"də Emin Akifin şeirləri və Nurlan Səlimin "Cinayətkar qonaqlar"ı yer alıb. "Türk eli" bölümündə isə Cumali Karabülbülün şeirləri verilib.

"Tribuna"da Vaqif Yusiflidir. O, "Yatanda ürəyini açıq qoy" yazısı ilə Vüqar Əlisoyun şeirlərindən danışıb.

Əyyub Qiyasın tərcüməsində Mario Varqas Lyosanın "Kiçik qardaş" hekayəsi və Səyavuş Məmmədzadənin Dmitri Mizqulindən çevirdiyi şeirlər "Tərcümə saatı"nda yer alıb.

"Resenziya"da Laura Cəbrayıllı "Ömürlər yola dönür" yazısı ilə Zemfira Məhərrəmlidən, jurnalistin kitabları və yol qeydlərindən söz açıb.

"Sənət" bölümündə Ziyadxan Əliyevin "Dünyaya obrazlı baxış" yazısı var.

"Sözönü"də Hicran Hüseynova "Təbiətdən başlanan memarlıq" adlı yazısında biomemarlıqla bağlı bilgilər paylaşıb.

"Sözardı"da Kəmalə Umudovanın "Eşq - sevdiyin üçün bir az da susmaq demək" yazısı təqdim olunub.

"Hücrə"də Qəşəm Nəcəfzadə Mücirəddin Mübarizoğlunun şeirlərindən danışır.

"Dərgidə kitab" layihəsində isə budəfəki qonaq Şəhla Aslandır.

Müşfiq ŞÜKÜRLÜ

 





27.01.2016    çap et  çap et