525.Az

Daha bir Gürcüstan kanalı "Azerspace-1" üzərindən yayıma başladı


 

Daha bir Gürcüstan kanalı "Azerspace-1" üzərindən yayıma başladı<b style="color:red"></b> Cənubi Qafqazın yeganə peyk operatoru olan "Azərkosmos" ASC Gürcüstanın İctimai Televiziya və Radio yayımlarını həyata keçirən "The Georgian Public Broadcasting" (GPB) şirkətinə daxil olan daha bir kanalın kommersiya yayımına dair müqavilə imzalayıb.
 
"Azərkosmos" ASC-dən 525.az-a verilən məlumata görə, müqaviləyə əsasən, GPB-nin tərkibində fəaliyyət göstərən 2TV ictimai kanalı artıq "Azerspace-1" peyki üzərindən 2016-cı ilin yanvar ayından etibarən 11095/H/27500  tezliyi ilə yayımlanmaqdadır.
 
Qeyd edək ki, 2TV kanalı 1991-ci ildə təsis edilib. Hazırda Gürcüstan əhalisinin 55% tərəfindən izlənilən bu kanal vasitəsilə  gürcü dilində əsasən, ictimai-siyasi və sənədli proqramlar nümayiş olunur.
 





28.01.2016    çap et  çap et