525.Az

Amerika Konqresində Dağlıq Qarabağın və Xocalının müzakirə edilməsi üçün SƏS VERİN


 

Amerika Konqresində Dağlıq Qarabağın və Xocalının müzakirə edilməsi üçün <b style="color:red">SƏS VERİN</b>

1. Dağlıq Qarabağın müzakirəsi üçün:

Azərbaycan ərazisinin 20%-nin işğal altında olması, 1 milyonluq qaçqın və məcburi köçkün məsələsi Amerika Birləşmiş Ştatlarınında Ağ Evin rəsmi dövlət saytında (https://petitions.whitehouse.gov/petition/pay-close-attention-nagorno-karabakh-conflict-20-azerbaijan-territory-was-occupied-armenian-military/mkKddcRt) elektron imza toplamaq üçün səsverməyə çıxarılıb.

Bu barədə Modern.az saytına Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Mirhəsən Seyidov məlumat verib.

O, qeyd edib ki, 22 fevral 2013-cü il tarixinədək 100.000 nəfərin elektron imzası toplanmış olsa, Amerika Konqresi bu məsələni müzakirəyə çıxaracaq:

“Ona görə də bu məsələdə hamının aktiv olması və səs verməsi vacibdir. Hamımız çox yaxşı bilirik ki Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycan torpaqlarının Ermənistan silahlılarından qeyd-şərtsiz boşaldılması ilə bağlı qəbul etdiyi 4 qətnaməsi (822, 854, 874, 884) yerinə yetirilməyib”.

Bu səsvermə prosesi 3 mərhələdən ibarətdir.

İlkin olaraq saytda “Create an account” bölməsinə daxil olaraq qeydiyyatdan keçmək lazımdır. Bundan sonra qeyd etdiyiniz email ünvanına daxil olub sizə göndərilən linki təsdiqləmək, təsdiqlədikdən sonra “SİGN THİS PETİTİON” düyməsini sıxaraq SƏS vermək lazımdır.


2. Xocalı qətliamının müzakirəsi üçün:

Hörmətli Dostlar!

Bildiyiniz kimi ölkəmizin ən ağrılı problemi Dağlıq Qarabağ problemidir və bu məsələnin həll olunması üçün hər birimiz nəyi bacarırıqsa onu etməliyik. ABŞ prezidentinin rəsmi saytında bu münaqişə ilə bağlı AĞ EVİN ədalətli mövqe göstərməsi və rəsmi açıqlama verməsi üçün Fevral ayının 23-də petisiya yerləşdirmişik və lazımdır ki, hər birimiz cəmi 2-3 dəqiqəmizi sərf etməklə bu müraciətə imza verək. Artiq 8500-den çox İMZA toplanıb. Müraciətə baxılması və rəsmi cavab verilməsi üçün 100000(yuz min) İMZANI Fevral ayının 22-nə qədər toplamalıyıq. Ona görədə mən sizin DOSTLARIN vasitəsilə bütün bacı və qardaşlarımıza və bütün dünyada bizi dəstəkləyən insanlara Müraciət etmək istəyirəm!

HƏR BİRİMİZ İMZA VERƏK!

İmza vermiş hər bir şəxs hər gün tanıdığı 3-4 insana bu barədə məlumat versin və onlara imza vermək üçün KÖMƏK ETSİN! KÖMƏK deyəndə mən nəzərdə tuturam ki, bəzi insanlarımız imza vermək istəyir lakin İNGİLİS dilini bilmir, bəzi insanlarımız necə akaunt yaradıb və müaricətə səs verməyi bacarmır. Mən KÖMƏK deyəndə bunu nəzərdə tuturam. Yəqin İMZA vermiş bütün insanlarımız belə insanları tanıyır. Bir daha müraciət edirəm ki, hər birimiz İMZA verək və İMZA vermək istəyən lakin müəyyın səbəblərdən bunu edə bilməyən insanlara KÖMƏK edək! HƏR GÜN İMZA VERMİŞ BİR İNSAN 3-4 İNSANA KÖMƏK EDƏCƏK!!!
Bir də bir məsələni hamımızın diqqətinə çatdırmaq istəyirəm. Biz bəzən deyirik ki, bizim səsimizi dünyada eşitmirlər. Bax buda MEYDAN SƏS verək ki, SƏSİMİZİ eşitsinlər!
İMZA vermək qaydasını bir daha izah edirəm!!!!!
1-ci ADDIM https://petitions.whitehouse.gov/petition/pay-close-attention-nagorno-karabakh-conflict-20-azerbaijan-territory-was-occupied-armenian-military/mkKddcRt linkinə girisiniz və CREATE AN ACCOUNT (yuxarı sağ küncdə) tiklayırsınız və email adresinizi və özunuz haqqında məlumatı gostərilən ardıcıllıqla sistemə daxil edirsiniz və CREATE tiklayırsınız. 2 dəqiqə ərzində sizin email adresinizə 10 simvoldan ibarət mexfi soz yeni PASSWORD göndərilicək. Bundan sonra siz yuxaridaki LİNKİN yenə sag yuxarı kuncündə LOG İN yazısını tıklayırsınız və email adresinizi 1-ci qrafaya və emailinizə göndərilmiş mexfi sozü 2-ci qrafaya yazıb LOG İN edirsiniz.
2-ci ADDIM LOG İN edib akauntunuza daxil olduqdan sonra bu https://petitions.whitehouse.gov/petition/pay-close-attention-nagorno-karabakh-conflict-20-azerbaijan-territory-was-occupied-armenian-military/mkKddcRt LİNKƏ yenidən girirsiniz və SİGN THİS PETİTİON yazısını tiklayırsınız və bununla da İMZA vermiş olursunuz!


İzahedici video:

 





04.02.2013    çap et  çap et