525.Az

"Məcburi dövlət sığorta haqlarının toplanmasında mühüm işlər görülüb"


 

"Məcburi dövlət sığorta haqlarının toplanmasında mühüm işlər görülüb"<b style="color:red"></b>

Ölkə əhalisinin həyat səviyyəsinin yüksəldilməsi, yoxsulluğun azaldılması, aztəminatlı ailələrin pensiya təminatının yaxşılaşdırılması dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır.

Son illər həyata keçirilən islahatlar, imzalanmış fərman və sərəncamlar bunları deməyə əsas verir.

Şübhəsiz, atılan  bu mühüm addımlar respublikanın hər yerində əhalinin pensiya və müavinətlərinin ödənilməsi sahəsində xidmətin səviyyəsinin yüksəlməsinə  də ciddi təsir göstərib. Bunu Dövlət Sosial Müdafiə Fondu Ağcabədi rayon şöbəsinin timsalında aydın görmək olar.

DSMF Ağcabədi rayon şöbəsinin müdiri İlham Qənbərovun dediklərinə görə, bölgədə pensiyaçılara, sığortaolunanlara yüksək xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb. Bu istiqamətdə müntəzəm  tədbirlər həyata keçirilir. Şöbə tərəfindən ötən 2015-ci ildə məcburi dövlət sığorta haqlarının toplanması,  proqnoz tapşırıqlarının yerinə yetirilməsi istiqamətində mühüm işlər görülüb, əvvəlki il ilə müqayisədə xeyli  artıq vəsait yığılıb.

Rayonda işləyən əhalinin sosial sığortaya cəlb olunması səmərəli təşkil olunub. Əmək kollektivlərində, ictimai yerlərdə aparılan geniş izahat və təbliğat tədbirləri öz lazımi bəhrəsini verib.İndi hər kəs  yaxşı başa düşür ki, gələcəkdə alacağı pensiyanın məbləği onun dövlət sığorta haqqını ödəməsindən asılıdır.

Şöbə müdiri qeyd edib ki, ötən il fərdi uçot sistemi üzrə 1331 nəfər sığorta-olunan qeydə alınıb. Onların 509 nəfərini hüquqi, 822 nəfərini isə fiziki şəxslər və torpaq mülkiyyətçiləri təşkil edib. Bu məqsədlə hazırlanıb çap olunmuş 1058 ədəd sığorta şəhadətnaməsi sahiblərinə çatdırılıb.

İlham Qənbərovun qeyd etdiyi kimi, DSMF Ağcabədi rayon şöbəsi tərəfindən hazırda 17 min 915 nəfər pensiyaçıya xidmət göstərilir. Həmin şəxslərin 9 min 241 nəfəri yaşa, 7 min 119 nəfəri əlilliyə, 1555 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alır.Ötən il prezident İlham Əliyevin sərəncamına əsasən rayonda 1941-1945-ci illər Böyük Vətən Müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat  etmiş döyüşçülərin dul qadınlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif olunmuş şəxslərə birdəfəlik yardımlar  vaxtında ödənilib.

Qeyd edilib ki, 2015-ci il ərzində şöbəyə yeni pensiya təyinatı ilə əlaqədar 900 nəfər  müraciət edib. Onların 297 nəfəri yaşa, 529 nəfəri əlilliyə və 74 nəfəri isə ailə başçısını itirməyə görə pensiya almaq üçün müraciət edən vətəndaşlardır. Həmin şəxslərin ərizələrinə tələb olunan müddətdə baxılaraq  təyinatlar aparılıb.

İ.Qənbərov prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bu günlərdə əmək pensiyalarının baza və sığorta hissələrinin artırılmasının önəmli əhəmiyyətindən danışıb. Qeyd edilib ki, vaxtında atılmış  bu addım əhaliyə göstərilən dövlət diqqət və qayğısını bir daha aydın nümayiş etdirib. Həmin sərəncamlarla əlaqədar müvafiq sənədlərin hazırlanması üçün lazımi işlər aparılır.

İ. Qənbərov söhbətinin davamında bildirib ki, pensiyalarla əlaqədar yaranmış hər hansı problemin həlli istiqamətində də əməkdaşlar tərəfindən operativ tədbirlər həyata keçirilir. Şöbəyə daxil olan müraciətlər vaxtında baxılaraq həllini tapır.Ötən ilin  noyabrında DSMF-nin sədri cənab Elman Mehdiyev tərəfindən Ağcabədidə vətəndaşların qəbulu da bu baxımdan mühüm əhəmiyyət kəsb edib.  Qəbul zamanı vətəndaşların   müraciətlərinin  həlli yolları göstərilib, bununla əlaqədar müvafiq tapşırıqlar verilib.

Şöbə müdiri sonda bölgə üzrə bütün əmək pensiyalarının plastik kartlarla bankomat vasitəsi ilə ödənildiyini diqqətə çatdırıb.

Yəhya PAŞAZADƏ

 





29.01.2016    çap et  çap et