525.Az

Təhsil Nazirliyinin nümayəndə heyəti YUNESKO-nun konfransında


 

Təhsil Nazirliyinin nümayəndə heyəti YUNESKO-nun konfransında<b style="color:red"></b>

Təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 28-də Parisdə keçirilən "Avropa, Yaxın Şərq və Afrika gəncləri və terrorizm, ekstremizm və dözümsüzlük təhlükəsi" adlı konfransda iştirak edib.

Təhsil Nazirliyindən verilən məlumata görə, YUNESKO-nun "Ələddin" layihəsi və Fransanın Ali Təhsil və Tədqiqat Nazirliyinin birgə təşkil etdiyi konfransda Fransa, ABŞ, Tunis, Türkiyə, Mərakeş və digər ölkələrin  nazir  və nazir müavinləri, Avropa İttifaqı rəsmiləri, siyasi xadimlər, aparıcı ali təhsil müəssisələrinin rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Konfransın 3-cü sessiyasında Ceyhun Bayramovun çıxışı nəzərdə tutulub. Səfər çərçivəsində, həmçinin bir sıra işgüzar görüşlərin keçirilməsi gözlənilir.

Vəfa MƏMMƏDLİ

 





29.01.2016    çap et  çap et