525.Az

Nicat Hacızadə: "Mərkəzi Bank dollarla krediti olanlara güzəşt barədə düşünməlidir"


 

Nicat Hacızadə: "Mərkəzi Bank dollarla krediti olanlara güzəşt barədə düşünməlidir"<b style="color:red"></b>

“Maliyyə intizamının pozulmasının başlıca səbəbi vətəndaşların ölkədən külli miqdarda xarici valyutada vəsaitləri çıxartmasıdır. Əslində maliyyəçi olaraq ölkədən çıxan valyutaya müvafiq vergi dərəcələrinin qoyulmasının tərəfdarıyam. Çünki biz heç bir formada Azərbaycan vətəndaşının pul köçürmə hüququnu məhdudlaşdıra bilmərik, ən azından beynəlxalq hüquq cəhətdən bu düzgün addım deyil”.

Bu sözləri iqtisadçı ekspert Nicat Hacızadə bildirib.

Ekspert qeyd edib ki, maliyyə intizamının pozulması vətəndaşların sosial və mədəni rifah halı ilə nə birbaşa, nə də dolayı əlaqəsi var:

“Sırf səbəb ondan ibarətdir ki, Mərkəzi Bank tərəfindən atılan Fevral devalvasiyayası və Dekabrdan İdarəcedici üzən məzənnə sisteminə keçid yalnız ölkənin makroiqtisadi vəziyyətinin stabil saxlanmasına xidmət edir. Lakin manatın devalvasiyası banklara xarici valyuta ilə kredit borcu olan vətəndaşlar narahatlığına səbəb olub. Lakin bəzi hökumət nümayəndələri vətəndaşların narahatlığına heç bir səbəbin olmadığını, dövlətin onlara kömək edəcəyini bildirib. Hazırki vəziyyət isə heç də yaxşı deyil, əhali dollarla olan kreditləri ödəyə bilmir. Çünki əgər bank şəxsin əmək haqqısı və ya gəlirinə görə kredit vermişdisə, indi ödənilən dollar kreditləri əmək haqlarını 2 dəfə üstələyir”.

N.Hacızadə maliyyəçi olaraq problemdən çıxış yolu kimi Mərkəzi Banka təklif hazırlayıb:

“Təklifin mahiyyəti dollarda krediti olan şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Burda əsas istək və seçim əhaliyə verilib. İlk növbədə dollarda krediti olan şəxslərin hazırki yığılan məbləğinin dayandırılması, yəni gələn faiz dərəcələrinin artıma səbəb olmamasıdır.  Belə olan halda vətəndaş üçün seçim qeyd olunur. İlk seçim həmin dollarla krediti olan şəxs yığılan məbləğin ödənilməsi üçün  əlavə 1 ildən-3 ilə qədər zamanın ayrılması, o cümlədən, ən azı 3 ildən-5ilə qədər banklardan kredit götürmə imkanın məhdudlaşdırılmasıdır.

Vətəndaş bu şərtləri qəbul etməsə xüsusi güzəştsiz kredit borclarının ödənişlərini davam etdirəcəkdir. 

Təbii ki, artıq bu il Mərkəzi Bank tərəfindən qəbul olunanacaq kriteriyalara uyğun həyata keçiriləcək.

Burada verilən təklif istənilən halda hökümətin hal-hazırki maliyyə intizamı anlayışına, eyni zamanda mövcud dünya praktikasını müvafiqdir”.

Ekspert hesab edir ki, istənilən halda bu məsələ gündəmdən çıxarılmamalı, əhalinin vəziyyəti dəyərləndirilməlidir:

“Mərkəzi Bank dollarla krediti olanlara güzəştlər barədə düşünməlidir. Vətəndaşın istəyi tam borcun silinməsi deyil, əvvəlki məzənnə ilə hazırki məzənnə arasındakı borcun Mərkəzi Bank tərəfindən kompensasiya edilməsidir”.

Ceyhun ABASOV

 





29.01.2016    çap et  çap et