525.Az

Zəlimxan Yaqub Rustavidə anıldı


 

Zəlimxan Yaqub Rustavidə anıldı<b style="color:red"></b>

Yanvarın 28-də Rustavi şəhərində Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun xatirəsi yad edilib.

Gürcüstanda fəaliyyət göstərən “Salam” Mədəni Xeyriyyə Cəmiyyətinin rəhbəri Maya Rəcəbova tədbiri açaraq Zəlimxan Yaqubun həyat və yaradıcılığından söhbət açıb, söz ustadının xatirəsinin xalqımızın yaddaşında uzun illər yaşayacağını bildirib.

Rustavi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri Xaləddin Yolçuyev, Gürcüstan Aşıqlar Birliyinin sədri Mayak Nemətov, Azərbaycanlıların Mədəniyyət Mərkəzi gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva və başqaları çıxış edərək Z.Yaqub yaradıcılığını təhlil edib, xalq şairinin şeirlərində Vətənə, xalqa və torpağa bağlılığın əsas yer tutduğunu söyləyiblər.

Z.Yaqubun yaradıcılığında Gürcüstan-Azərbaycan dostluğunun tərənnüm olunduğu, buna görə də onun yaradıcılığına Gürcüstanda da böyük qiymət verildiyi və şairin bu ölkənin “Şərəf” ordeni ilə təltif olunduğu bildirilib.

Aşıqlar xalq şairinin şeirlərinə bəstələnmiş mahnılar ifa ediblər.

Sonda “Zəlimxanı diri saxla” sənədli filmi nümayiş olunub.

Mərhumun qardaşı Çingizxan Yaqubov şairin ailəsi adından çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlıq bildirib.

 





30.01.2016    çap et  çap et