525.Az

Dillər Universitetində “SABAH” tələbələri haqqında sənədli filmin təqdimatı olub


 

Dillər Universitetində “SABAH” tələbələri haqqında sənədli filmin təqdimatı olub<b style="color:red"></b>

Azərbaycan Dillər Universitetində “SABAH” tələbələri haqqında sənədli filmin təqdimatı keçirilib.

Universitetdən verilən məlumata görə, Təhsil Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ərsəyə gələn filmin qəhrəmanları müxtəlif baza ali təhsil müəssisələri üzrə “SABAH” tələbələri və xarici ölkələrdə təhsil alan gənclərdən ibarətdir.

Təqdimat mərasimində ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov, Pedaqoji (ingilis dili-alman dili) fakültənin dekanı, professor Fikrət Cahangirov, “SABAH” mərkəzinin rəhbəri Gülnar Dadaşzadə, filmin rejissoru Şakir Eminbəyli, universitetin müəllim və tələbələri iştirak ediblər.

Dünyamin Yunusov çıxışında “SABAH” qruplarının tələbələrinin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra “SABAH” sənədli filmi nümayiş olunub. Qəhrəmanları ADU-nun tələbələri, Prezident təqaüdçüsü, eyni zamanda “SABAH” qrupları arasında ən fəal tələbələr-Fatma İsmayılova və Ülviyyə Fətəliyeva olan film özünəməxsusluğu ilə seçilir.

Prezident təqaüdçüsü, ADU TGT-də “Kitab” klubunun sədri Fatma İsmayılova həm dərslərində, həm də sosial fəaliyyətdə çox aktivdir. O,müxtəlif seminarların, təlimlərin təşkilində yaxından iştirak edir və hətta təşkilatçısı kimi çıxış edir.

Digər tələbə Ülviyyə Fətəliyeva da həm dərslərində, həm də şahmat oyunlarında çox fəaldır. Qeyd edək ki, o, şahmat üzrə yaşıdları arasında Dünya çempionatında ikinci yer tutub, 2 qat Avropa çempionu, 8 qat Azərbaycan çempionudur.

Vəfa MƏMMƏDLİ

 





30.01.2016    çap et  çap et