525.Az

Mikayıl Cabbarov Qobustanda qəbul keçirəcək


 

Mikayıl Cabbarov Qobustanda qəbul keçirəcək<b style="color:red"></b>

Təhsil naziri Mikayıl Cabbarov fevralın 8-də saat 11:00-da Qobustan şəhərindəki Gənclər Mərkəzində Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarının sakinlərini qəbul edəcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qəbula gəlmək istəyən vətəndaşlar fevralın 1-5-də bu qurumun Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

 





01.02.2016    çap et  çap et