525.Az

“İstərdik ki, Azərbaycandan Avropaya daha çox turist səfər etsin”


 

“İstərdik ki, Azərbaycandan Avropaya daha çox turist səfər etsin”<b style="color:red"></b> “Readmissiya haqqında sazişin imzalanmasından sonra Azərbaycana neçə nəfərin gəlməsi ilə bağlı dəqiq məlumatın yoxdur. Amma Azərbaycan readmissiya baxımından narahatlıq doğuran ölkə deyil. Əksinə biz istərdik ki, Azərbaycandan Avropa İttifaqına daha çox turist səfər etsin”.

APA-nın məlumatına görə, bunu  Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
 
Onun sözlərinə görə, viza sadələşdirilməsi ilə bağlı sənədin qüvvəyə minməsindən sonra daha çox azərbaycanlı Avropa İttifaqı ölkələrinə səfər etməyə başlayıb:

“Statistikaya baxanda, Azərbaycana Avropa İttifaqı ölkələrindən gələn turistlərin sayı artıb. Buna səbəb viza prosedurunun sadələşdirilməsi və rüsumların azaldılmasıdır”, - deyə o vurğulayıb.
 





01.02.2016    çap et  çap et