525.Az

Regiondakı hazırkı iqtisadi vəziyyətin perspektivləri mövzusunda sessiya olacaq


 

Regiondakı hazırkı iqtisadi vəziyyətin perspektivləri mövzusunda sessiya olacaq<b style="color:red"></b>

Fevralın 2-də, saat 17:30-da BMT-nin baş katibinin müavini və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) içraçı katibi Şamşad Axtarın iştirakı ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) regiondakı hazırkı iqtisadi vəziyyətin perspektivləri və BMT-nin 2030-cu il üçün davamlı inkişaf gündəliyinin həyata keçirilməsinə həsr olunan sessiya keçiriləcək.

Universitetdən 525.az-a verilən məlumata görə, sessiyanın səmərəliliyini artırmaq məqsədilə işçi dil olaraq ingilis dili seçilib.

Məlumat üçün əlavə edək ki, Şəmşəd Axtar BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının onuncu icraçı katibi vəzifəsinə 2013-cü ilin dekabrda təyin olunub. O, həmçinin G20 BMT-də təmsilçi olaraq iştirak edib.

Bundan əvvəl isə Baş Katibliyin İqtisadiyyat və Maliyyə üzrə baş müşaviri, eləcə də İqtisadi İnkişaf üzrə Baş katib müavini olub.

2015-ci ildən bu günədək BMT-nin inkişaf gündəliyi, müvafiq siyasət və normativ iş, Davamlı Maliyyələşmə Strategiyası sahələrinə dəstək göstərir.

 





01.02.2016    çap et  çap et