525.Az

Milli Məclisdə DQMV-nin bərpa olunması təklif edilib


 

Milli Məclisdə DQMV-nin bərpa olunması təklif edilib<b style="color:red"></b> Milli Məclisin iclasında Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yenidən bərpa olunması təklifi irəli sürülüb.
 

APA-nın məlumatına görə, bu təkliflə deputat Zahid Oruc çıxış edib. O bildirib ki, 1990-cı illərdə ləğv edilən Dağlıq Qarabağ Muxtar Vilayəti adının bərpası hüququ həmin ərazinin sahibi kimi Azərbaycana məxsusdur.
 
Deputat işğal altında olan rayonların adlarının şadlıq saraylarına qoyulmasına da etiraz edib:
 
“Şuşanın adını əyləncə, toyxana mərkəzinə qoyuruq. O rayonlar bizim işğal olunmuş bölgələrimizdir. Belə hallar yığışdırılmaldır”.
 





01.02.2016    çap et  çap et