525.Az

Sorbon Universitetinin professoru UNEC müəllimlərinə təlim keçir


 

Sorbon Universitetinin professoru UNEC müəllimlərinə təlim keçir<b style="color:red"></b> Fevralın 1-də Azərbaycan Dövlət İqtisad Universitetinin(UNEC) professor-müəllim heyəti üçün “Universitet Sistemində İnteraktiv Təhsil” mövzusunda təlimə start verilib.

Universitetdən 525.az-a verilən məlumata görə, təlim Paris Sorbon Universiteti – Abu Dabi professoru Florent Pratlong tərəfindən aparılır. UNEC-in Quba Tədris, İdman və İstirahət Kompleksində təşkil olunan təlimdə universitetin 100 müəllimi iştirak edir.

UNEC müəllimlərinin müasir tədris bacarıqlarını inkişaf etdirmək məqsədilə təşkil edilən təlimdə dərslərə hazırlıq metodikası, interaktiv tədrisin təşkili, tədrisdə İKT-dən istifadə imkanları və s. kimi mövzular keçiriləcək.

Müəllimlər təlim zamanı tədrisin təşkilinin müasir metodlarına yiyələnəcək, keyfiyyətli tədrisin əsas prinsipləri haqqında məlumatlar əldə edəcək, həmçinin də  sillabusların hazırlanması, tələbələrlə auditoriyadaxili və auditoriyadan kənar işin effektli qurulması mexanizmlərini öyrənəcəklər.

Beş gün davam edəcək təlimləri uğurla başa vuran müəllimlərə müvafiq sertifikatlar təqdim ediləcək.

Cavid QƏDİR
 





01.02.2016    çap et  çap et