525.Az

Millət vəkili yerli icra hakimiyyətlərini qınadı


 

Millət vəkili yerli icra hakimiyyətlərini qınadı<b style="color:red"></b>

“İctimai nəzarət haqqında” qanun layihəsi müzakirələrə təqdim edilib".
 
Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev Milli Məclisin (MM) yaz sessiyasının ilk iclasında çıxışı zamanı deyib.

A.Quliyev bildirib ki, ölkə prezidenti Nazirlər Kabinetində çıxışı zamanı ictimai nəzarət haqqında ciddi tapşırıqlar verdi və ictimai nəzarətin vacibliyini qeyd etdi.

Onun sözlərinə görə, bu qanun layihəsi müəyyən boşluqların doldurulmasına, konkret mexanizmlərin yaradılmasına xidmət edəcək.

O, deyib ki, təəssüflər olsun ki, bəzi yerli icra hakimiyyətləri orqanları buna riayət etmir və mövcud qanunvericilikdən irəli gələn məsələlərə lazimi səviyyədə diqqət yetirmirlər:

"Məsələn, ictimai şuraların yaradılması ilə bağlı Nazirlər Kabinetinin təsdiq olunmuş Əsasnaməsi var.

Əsasnamədə şuraların yaradılması qaydaları göstərilib. Amma bəzi qurumlar buna əməl etmir”.

Deputat vurğulayıb ki, bu baxımdan “İctimai nəzarət haqqında” qanun layihəsi burada interaktivlik yaratmalıdır:

“Mexanizm kifayət qədər aydın, başa düşülən olmalıdır ki, burada ortaq fəaliyyət tapılsın. Həm də dövlət qurumlarının fəaliyyəti yüksək səviyyədə təşkil olunsun və digər mexanizmlər də təmin edilsin.

Bu baxımdan əminəm ki, biz bunu geniş şəkildə müzakirə edə və ən optimal layihəni sizin diqqətinizə təqdim edə biləcəyik”.

 





01.02.2016    çap et  çap et