525.Az

Jurnalistlərin icazəsiz aksiyadakı iştirakının monitorinqi aparılıb


 

Jurnalistlərin icazəsiz aksiyadakı iştirakının monitorinqi aparılıb<b style="color:red"></b>

Azərbaycan Mətbuat Şurası bu gün Fəvvarələr meydanında keçirilmiş icazəsiz aksiyada jurnalistlərin prosesi işıqlandırmaları sahəsindəki vəziyyətin monitorinqini aparıb. Monitorinqdə peşə fəaliyyətini üzərində "PRESS" yazılmış xüsusi görəkçələrdə yerinə yetirmiş kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə bağlı hər hansı insident qeydə alınmayıb. Bununla bağlı monitorinq qrupuna müraciət də edilməyib. Bu barədə Trend-ə Şuradan məlumat verilib.

KİV nümayəndələrinin əksəriyyəti aksiya zamanı üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdə olublar. Təəssüf ki, monitorinq qrupu eyni zamanda fərqləndirici formasız jurnalistləri də qeydə alıb.

Jurnalistlərin peşə fəaliyyətlərinin sərbəst və maneəsiz şəkildə icrasına kömək məqsədi daşımış monitorinqi Mətbuat Şurasının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı qrup aparıb. Qrupa rəhbərliyi Şuranın icraçı katibi Rəhim Hüseynzadə həyata keçirib.

Mətbuat Şurası jurnalistlərə icazəli və ya icazəsizliyindən asılı olmayaraq bütün aksiyalara üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdə qatılmağı tövsiyə edir. Qurum bir daha xatırladır ki, hər hansı xoşagəlməz vəziyyətlə üzləşdikləri zaman yalnız fərqləndirici formada olmaq KİV nümayəndələri ilə bağlı durumun peşə müstəvisində dəyərləndirilməsinə əsas verəcək.

 





27.01.2013    çap et  çap et