525.Az

Sabah Bakıda hava necə olacaq?


 

Sabah Bakıda hava necə olacaq?<b style="color:red"></b> Həftənin ilk iş günü Bakıda hava əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, yanvarın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq.

Bakıda havanın temperaturu gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir, nisbi rütubət gecə 85-95 faiz, gündüz 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər və axşam duman olacaq. Temperaturun gecə 0-3° isti, gündüz 7-12° isti olacağı gözlənilir. Dağlarda gecə 2-7° şaxta, gündüz 5-10° isti olacaq.
 





27.01.2013    çap et  çap et