525.Az

"Texnikabank"ın lisenziyası ləğv olundu


 

"Texnikabank"ın lisenziyası ləğv olundu<b style="color:red"></b> Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli, 10/1nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Texnikabank” ASC-nin bank lisenziyası ləğv edilib.
 
Mərkəzi Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 2 fevral 2016-cı il tarixdən banka müvəqqəti inzibatçı təyin edilib.
 
Azərbaycan Mərkəzi Bankı bildirir ki, “Texnikabank” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.
 





02.02.2016    çap et  çap et