525.Az

İmtahanlarda köçürmə hallarına görə 112 nəzarətçi bazadan uzaqlaşdırılıb


 

İmtahanlarda köçürmə hallarına görə 112 nəzarətçi bazadan uzaqlaşdırılıb<b style="color:red"></b> “Bir il ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 600 min nəfər imtahandan keçirilib”.
 
APA-nın xəbərin görə, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün zal nəzarətçiləri ilə görüşündə deyib.
 
O bildirib ki, 600 min nəfər buraxılış, qəbul, sınaq və digər imtahanlarda iştirak edənlərin ümumi sayıdır: “TQDK-nın keçirdiyi imtahanları idarə olunmasında informasiya-kommunikasiya texnologiyalardan istifadə olunur. Eyni zamanda, bizim keçirdiyimiz imtahanlarda ictimaiyyətin nümayəndələri də iştirak edirlər”.
 
TQDK sədri qeyd edib ki, 600-dan yuxarı bal toplayanlara xüsusi anketlər təqdim olunur: “Onlar imtahanda nələrin baş verdiyini həmin anketdə qeyd edirlər”.
 
M. Abbaszadə əlavə edib ki, ASAN könüllüləri bu prosesə cəlb olunacaq: ““ASAN könüllü”ləri treninqdən keçdikdən sonra müəllimlərə kömək edəcəklər”.
 
Görüşdə bildirilib ki, hazırda TQDK-nın 15 minə yaxın nəzarətçisi var: “Hazırda təsdiq edilmiş qrafikə uyğun olaraq seminar məşğələlər paytaxtda və regionlarda keçirilir. TQDK-nın 1000-ə yaxın imtahan rəhbəri var. Onlar nəzarətçilərin fəaliyyətini yaxından izləyirlər. İlin yekunlarına görə, 766 müəllim yaxşı fəaliyyət göstərib. Onlardan 25-i fəxri fərmanla təltif olunub. Yaxşı müəllimlərin sayına görə Gəncə şəhəri, Binəqədi rayonu fərqlənir”.
 
Tədbirdə qeyd olunub ki, imtahanlarda köçürmə halları ildən-ilə azalır: “Əvvəllər köçürmə halları çox olurdu. Ötən il köçürmə halına görə 112 nəzarətçini bazadan müvəqqəti olaraq uzaqlaşdırmışıq”.
Sonda fərqlənən müəllimlər təltif olunublar.
 





02.02.2016    çap et  çap et