525.Az

Ceyhun Hacıbəyli Musiqi Mədəniyyəti Muzeyində anılacaq


 

Ceyhun Hacıbəyli Musiqi Mədəniyyəti Muzeyində anılacaq<b style="color:red"></b>

Fevralın 3-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində ədəbiyyatımızın tanınmış nümayəndəsi, yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin anadan olmasının 125 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə tarixçi və tədqiqatçıların Ceyhun Hacıbəyli şəxsiyyəti və irsi barədə çıxışları nəzərdə tutulub.
 
Həmçinin Ceyhun Hacıbəyliyə həsr olunmuş, muzeyin arxiv materialları əsasında hazırlanmış slayd təqdim ediləcək və fotosərgi nümayiş olunacaq.

Tədbirin bədii hissəsində Hacıbəyovlar nəslinin görkəmli nümayəndələri Üzeyir Hacıbəylinin, Zülfüqar Hacıbəyovun, Niyazinin və Soltan Hacıbəyovun əsərlərindən ibarət musiqi nömrələri səsləndiriləcək.

 





02.02.2016    çap et  çap et