525.Az

Xoreoqrafiya Akademiyasının tələbəsi Fəxri Fərmanla təltif olundu


 

Xoreoqrafiya Akademiyasının tələbəsi Fəxri Fərmanla təltif olundu<b style="color:red"></b>

Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənc nəslə olan diqqət və qayğı hər zaman diqqət mərkəzində olması və gəncliyə göstərilən qayğının bir təzahürü kimi fevral ayının 2-i Respublikamızda Azərbaycan Gəncləri günü elan olunub.

Akademiyadan verilən məlumata görə, 1997-ci ildən bəri hər il fevral ayının 2-si respublikamızın gəncləri bu günü qeyd edirlər. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunmağa başlayıb, dünyada isə yalnız 1999-cu ildə BMT-nın qərarı ilə avqustun 12-si Ümumdünya Gənclər günü elan edilib.

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən yanvarın 30-da təşkil olunan Nəsimi rayon gənclərinin 2 Fevral - Gənclər gününə həsr olunmuş, 2500 nəfərdən çox rayonun istehsalatda, elm, mədəniyyət sahəsi və təhsildə, ictimai, elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələrini, çoxsaylı qonaqların iştirakı ilə möhtəşəm bayram tədbiri keçirilib. Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrində fərqlənən, ümumilikdə 20 nominasiya üzrə gəncə və gənc kollektivə Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunub.

Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas (kollec) pilləsinin I kurs tələbəsi Kərimov Murad Novruz oğlu 2015-ci ilin aprel ayında baletmeyster Vaxtanq Çabukiani adına II Beynəlxalq Xoreoqrafiya Festivalında oğlanlar üzrə variasiyalarda I yer qazanması və təhsilində əldə etdiyi uğurlara görə Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə tərtif olunub.

Nəsimi gənclərini təbrik edənlər arasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, millət vəkilləri  Ziyad Səmədzadə, Məlahət İbrahimqızı, Asim Mollazadə, Aydın Mirzəzadə, Sevinc Hüseynova, Hikmət Məmmədov, Aydın Hüseynov, Rauf Əliyev, Şəmsəddin Hacıyev, Şahin İsmayılov, Elman Nəsirov, Azərbaycan Respublikası Prezidenti yanında Azərbaycan Gənclər Fondunun rəhbəri Fərhad Hacıyev, Gənclər təşkilatlarının rəhbərləri və digər rəsmilər var idi.

Vəfa MƏMMƏDLİ

 





02.02.2016    çap et  çap et