525.Az

İRadio” təcrübə proqramının 2 illiyini qeyd edir


 

ƏMİNƏ İLYASLI: “İRADİO” GƏNCLƏRİN RADİOSUDUR”

İRadio” təcrübə proqramının 2 illiyini qeyd edir<b style="color:red"></b>

“İrəli” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən gənclər radiosu - “İRadio” təcrübə proqramının 2 illiyini qeyd edir. 2010-cu  ildən fəaliyyətə başlayan radio qısamüddətli fasilədən sonra yeni formatda fəaliyyətini bərpa edib.

“İRadio”nun rəhbəri Əminə İlyaslı bildirib ki, hazırda radioda gənclərlə bağlı bir sıra yeni layihələr, verilişlər hazırlanır:

“İRadio” gənclərin radiosudur və bizim fəaliyyət məhz bu istiqamətdədir. Radionun fəaliyyəti ərzində bir çox incəsənət xadimləri, millət vəkilləri və aktiv gənclər qonağımız olub”.

Qeyd edək ki, İrəli Radio fəaliyyətə başladığı gündən bu yana 22 gənc aparıcı ilə 24 müxtəlif adda verilişlə dinləyicilərin qarşısına çıxıb.

Ümumilikdə isə 1440 dəqiqə efir saatı və bu saatlarda 3318 dinləmə sayı qeydə alınıb.

Ceyhun ABASOV

 





02.02.2016    çap et  çap et