525.Az

"Naxçıvan" Universitetində Gənclər Günü qeyd edilib


 

"Naxçıvan" Universitetində Gənclər Günü qeyd edilib<b style="color:red"></b>

2 fevral - Gənclər Günü münasibətilə "Naxçıvan" Universitetində tədbir keçirilib.

Universitetdən verilən məlumata görə, tədbir himnin səsləndirilməsilə başlayıb. Təhsil müəssisəsinin konfrans zalında keçirilən tədbirdə aparıcılar bu günün tarixi əhəmiyyətindən danışıblar.

Ali təhsil ocağının tədris işləri üzrə prorektoru, dosent İbrahim Kazımbəyli çıxışında bildirib ki, muxtar respublikada yeniyetmə və  gənclərin təhsili, asudə vaxtlarının təşkili və sağlam böyümələri üçün gənclik mərkəzləri, kitabxanalar, kinoteatrlar, mədəniyyət evləri, istirahət və əyləncə mərkəzləri, ali təhsil müəssisələrində yeni tədris korpusları, ümumtəhsil məktəbləri, məktəbəqədər və məktəbdənkənar tərbiyə müəssisələri, idman zalları, sadə idman qurğuları, saymaqla bitməyən onlarla obyekt tikilib və ya əsaslı təmir olunaraq istifadəyə verilib.

Məhz bunun nəticəsidir ki, muxtar respublika gəncləri fəal surətdə ölkədə gedən ictimai siyasi proseslərə qoşulur,yaxşı təhsil almağa çalışır, yüksək idman nailiyyətləri əldə edirlər.

Sonra tələbələrin ifasında səslənən mahnılar,şeirlər, rəqs nümunələri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Vəfa MƏMMƏDLİ

 





02.02.2016    çap et  çap et