525.Az

Keçmişi və bu günü əks etdirən fotoşəkillər


 

Keçmişi və bu günü əks etdirən <b style="color:red">fotoşəkillər</b>

Macarıstanlı fotoqraf Kereni Zoltan doğma Budapeştin qədim fotoşəkillərini arxivlərdə, sonra isə həmin yerləri şəhərdə axtarıb tapır.
 
Daha sonra o, həmin əlamətdar məkanın indiki vəziyyətdə fotoşəklini çəkir və arxivdəki şəkillərlə müqayisə edir.

Beləliklə, fotoqraf eyni bir şəkildə keçmiş və indiki dövrü birləşdirməyə nail olur. Onun çəkdiyi fotoşəkillər bir neçə onillik ərzində atılmış addımların incəliklərini əks etdirir.

Zaman keçdikcə şəhərlərin və küçələrin necə dəyişməsinə baxmaq çox maraqlıdır. Heç nə donub qalmır. Belə fotoşəkillərə baxmaq vaxtilə Budapeştdə olmuş insanlar tərəfindən xüsusi maraqla qarşılanır.

Keçmiş dövrə maraq göstərən Azərbaycan fotoqrafları da Kereni Zoltandan nümunə götürə bilərlər. Axı bizim arxivlərdə də ölkəmizin paytaxtında və regionlarda çəkilmiş köhnə fotoşəkillər çoxdur.

AzərTAc

 





02.02.2016    çap et  çap et