525.Az

Arzu Nağıyev: “Azərbaycan Minsk Qrupunun vasitəçiliyindən imtina etməməlidir”


 

Arzu Nağıyev: “Azərbaycan Minsk Qrupunun vasitəçiliyindən imtina etməməlidir”<b style="color:red"></b>

"Azərbaycan ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina etməməlidir".

Bu sözləri siyasi şərhçi Arzu Nağıyev deyib.
 
Onun sözlərinə görə, lakin bu məsələ ciddi araşdırılmalıdır:
 
“Bunun üçün ATƏT-in geniş tərkibli bir toplantısı keçirilməli və məhz bu suallara aydınlıq gətirilməlidir.

Ümumiyyətlə, Qərb münaqişənin bu qədər uzanmasında və status-kvonun saxlanmasında maraqlı olmamalıdırlar.

İlk olaraq təhlükəsizlik baxımından bu həll edilməlidir. Çünki iqtisadi cəhətdən belə bir çətin vaxtda mühüm layihələrin həyata keçirilməsi üçün təhlükəsizlik önəmli məsələdir.

Eyni zamanda, ATƏT kimi bir qurumun nüfuz məsələsi ortadadır. Yəni, münaqişənin həllinə ciddi yanaşmamaq qurumun nüfuzuna ağır zərbə vurur”.

Almaniyanın ATƏT-ə sədrlik etməyə başlamasını xatırladan ekspert bildirib ki, bu dövlət Avropada və dünyada özəl çəkiyə malikdir:
 
“Lakin bu dövlətin də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tam şəkildə addımlar atacağı inandırıcı görünmür. Məhz buna görə də, Minsk Qrupunun fəaliyyətinə aydınlıq gətirmək məqsədilə geniş bir konfransın keçirilməsinə ehtiyac var”.

Ceyhun ABASOV

 





02.02.2016    çap et  çap et