525.Az

"Azərbaycan turizmin inkişafına daha çox sərmayə qoyur"


 

"Azərbaycan turizmin inkişafına daha çox sərmayə qoyur"<b style="color:red"></b>

İspaniyanın turizm və səyahətlər mövzusunda ixtisaslaşmış expreso.info portalı Azərbaycanda turizmin inkişafı üçün görülən işlərdən yazıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin bu mövzuda çıxışına əsaslanan portal yazır ki, Azərbaycanda turizm sektorunun inkişafına sərmayə qoyuluşu artmaqdadır.

Məqalədə deyilir ki, bu gün Azərbaycan regionun ən çox turist cəlb edən ölkəsidir. 2015-ci ildə ölkəni 2,5 milyon turist ziyarət edib.

Son illərdə ölkənin turizm potensialını nümayiş etdirmək üçün keçirilən böyük tədbirlər Odlar yurdu kimi tanınan ölkəyə marağı artırıb.

AzərTAc

 





02.02.2016    çap et  çap et