525.Az

Kann kinofestivalının münsiflər heyətinə Corc Miller sədrlik edəcək


 

Kann kinofestivalının münsiflər heyətinə Corc Miller sədrlik edəcək<b style="color:red"></b>

Mayın 11-dən 22-dək keçiriləcək 69-cu Kann film festivalının əsas müsabiqəsinin münsiflərinin sədri avstraliyalı dünya şöhrətli rejissor, ssenarist və prodüser Corc Miller olacaq.

AZƏRTAC buro247.az saytına istinadla xəbər verir ki, münsiflərin sədri olmaq dəvətini aldıqdan sonra Corc Miller jurnalistlərə açıqlamasında bunları deyib:
 
“Zəngin tarixi olan bu festivalın mərkəzində olmaq böyük həzdir. Eləcə də, həmkarlarım, münsiflərin üzvləri ilə maraqlı debatların olacağını gözləyirəm. Bu, böyük şərəfdir və bu hadisəni heç cürə gözdən qaçıra bilmərəm”.

Qeyd edək ki, Corc Millerin karyerası XX əsrin 80-ci illərində Avstraliya kinosunun qızıl dövründə inkişaf edib.

 





03.02.2016    çap et  çap et