525.Az

BMT Baş katibinin müavini UNEC-də


 

BMT Baş katibinin müavini UNEC-də <b style="color:red"></b>

BMT Baş katibinin müavini və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) içraçı katibi Şamşad Axtar Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

Universitetin Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən 525.az-a verilən məlumata görə, Ş.Axtarın iştirakı ilə keçirilən sessiyada UNEC-in rektoru Ədalət Muradov iştirakçılara universitet haqqında ətraflı məlumat verib.

Bildirib ki, Qafqazın ən böyük iqtisadyönümlü universiteti olan UNEC ölkə xaricində filialı olan yeganə ali təhsil ocağıdır.

Universitetin hədəflərinı açıqlayan rektor UNEC-in Webometrics reytinqə görə Azərbaycan universitetləri arasında birinci yerdə olduğu qeyd edib. Bu gün isə UNEC-in QS reytinqinə düşməsi istiqamətində işlər görüldüyünü diqqətə çatdırıb.

İqtisad Universitetində olduğundan məmnunluğunu bildirən Şamşad Axtar UNEC-dəki yenilikləri yüksək qiymətləndirib. Ş.Axtar regiondakı hazırki iqtisadi vəziyyətin perspektivləri barədə danışıb.

Ölkələr üzrə real ÜDM və inflyasiya haqqında məlumat verib. BMT-nin 2030-cu il üçün davamlı inkişaf gündəliyinı açıqlayıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Azərbaycan Respublikasının sosial siyasətinin əsas istiqamətlərindən danışıb. Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Fariz Rzayev təhsildə beynəlxalq əlaqələrin rolunu vurğulayaraq, dünya səviyyəli təhsilin ölkəyə gətirilməsində bunun əhəmiyyətini qeyd edib. S

essiyada dövlət qurumları və özəl sektorun nümayəndələri, eyni zamanda UNEC-in professor-müəllim heyəti iştirak edib.

Sessiyadan sonra Ş.Axtarla UNEC rektoru Ə.Muradovun görüşü olub. Görüşdə birgə əməkdaşlıq, gələcək perspektivlər barədə danışılıb.

UNEC-də UNESCAP-in beynəlxalq ticarət üzrə mərkəzinin yaradılması, tələbələrin UNESCAP Katibliyində, yaxud UNESCAP-ın Almatı şəhərində yerləşən Şimali və Mərkəzi Asiya üçün sub-regional ofisində təcrübə keçmələri, UNESCAP Katibliyi tərəfindən nəşrlərin UNEC-in kitabxanasına töhfə edilməsi və digər məsələlər müzakirə edilib.

Tərəflər uyğun mövzular üzrə birgə tədqiqat layihələrinin həyata keçirilməsi və UNEC-in professor-müəllim heyətinin UNESCAP-in tədbirlərinə dəvət olunması haqqında fikir mübadiləsi aparıblar.

Cavid QƏDİR

 





03.02.2016    çap et  çap et