525.Az

Meyiti tapılmış neftçinin kimliyi müəyyən olundu


 

Meyiti tapılmış neftçinin kimliyi müəyyən olundu<b style="color:red"></b> Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, ekspertlərin rəyinə əsasən, cəsəd “Neftqaztikinti” Trestində çalışmış Səmədov Xoşbəxt Xanış oğlunundur.
 
Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.
 





03.02.2016    çap et  çap et