525.Az

TQDK-dan rüşvət açıqlaması


 

TQDK-dan rüşvət açıqlaması<b style="color:red"></b>

"Elnur Nağızadə haqqında səslənən iddialar hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır".

Bu barədə "Report"un sorğusuna cavab olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildirilib.

Məlumatda qeyd olunub ki, TQDK-nın mətbuat xidmətinin keçmiş əməkdaşı Elnur Nağızadə noyabr ayında əmək məzuniyyətinə çıxması və məzuniyyətdən sonra ailə vəziyyəti ilə əlaqədar işdən azad olunması ilə bağlı ərizə ilə müraciət edib:

"Bununla əlaqədar noyabr-dekabr aylarında növbəti əmək məzuniyyətində olub və məzuniyyətdən qayıtdıqdan sonra dekabr ayının ortalarında işdən azad olunub".

Qeyd edək ki, TQDK-nın keçmiş mətbuat katibi Elnur Nağızadə barəsində hüquq-mühafizə orqanlarına şikayət edilib.

“Report”un xəbərinə görə, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Xatırladaq ki, E.Nağızadə beş ildən artıq TQDK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

 





03.02.2016    çap et  çap et