525.Az

İstanbul-Bakı-İstanbul aviareysi təxirə salındı


 

İstanbul-Bakı-İstanbul aviareysi təxirə salındı<b style="color:red"></b>

Fevralın 4-də İstanbulda gözlənilən fırtınalı hava şəraiti ilə əlaqədar “Türk Hava Yolları” (THY) bu gün həyata keçirilməli olan İstanbul-Bakı-İstanbul aviareysini təxirə salıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Türk Hava Yolları”nın rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Qeyd edək ki, hava ilə əlaqədar THY fevralın 4-də ümumilikdə 39 aviareysi müvəqqəti dayandırıb.

 





04.02.2016    çap et  çap et