525.Az

“Türkiyə və Azərbaycan arasında turizm əlaqələri istənilən səviyyədə deyil”


 

“Türkiyə və Azərbaycan arasında turizm əlaqələri istənilən səviyyədə deyil”<b style="color:red"></b> “Türkiyə ilə Azərbaycan arasında turizm əlaqələri istənilən səviyyədə deyil”.
 
APA-nın məlumatına görə, bu sözləri Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət və tanıtma müşaviri Murat Karaçanta deyib.

O bildirib ki, Azərbaycandan Türkiyəyə gedən turist sayı orta statistik rəqəmlə ildə 650 mindir:

“Bu rəqəm 2015-ci ildə 602 min olub. Orta hesabla 8 faiz azalma var. Türkiyədən Azərbaycana isə 2015-ci ildə 344 min turist gəlib. Bu, bizim istədiyimiz rəqəm deyil. Bu rəqəmin artırılmasının yollarının axtarmalıyıq.

İki ölkə arasında turizm əlaqələrini inkişaf etdirmək üçün davamlı təbliğatın aparılmasına ehtiyac var”.
 





04.02.2016    çap et  çap et