525.Az

"Ermənilərə məxsus mülki avtomobilin vurulması xəbəri yalandır"


 

"Ermənilərə məxsus mülki avtomobilin vurulması xəbəri yalandır"<b style="color:red"></b> Azərbaycan Müdafiə Nazirliyi ermənilərə məxsus mülki avtomobilin vurulması barədə yayılan məlumatlara münasibət bildirib.
 
Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, erməni tərəfi Azərbaycan-Ermənistan dövlət sərhədindəki təxribatı ört-basdır etmək və Azərbaycanı günahlandırmaq məqsədilə guya mülki şəxsə məxsus “VAZ-2106” markalı avtomobilin vurulması barədə absurd xəbər yayıb:
 
"Azərbaycan Silahlı Qüvvələri beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət edərək heç vaxt dinc əhalini, mülki obyektləri və avtomobilləri atəşə tutmayıb. Bu kimi məlumatların heç bir əsası yoxdur və növbəti erməni yalanıdır".
 





04.02.2016    çap et  çap et