525.Az

"AŞ PA-da qəbul olunan qətnamə daha əhəmiyyətlidir"


 

"TƏCAVÜZƏ GÖRƏ MƏSULİYYƏT DAŞIYAN YEGANƏ TƏRƏF ERMƏNİSTAN HAKİMİYYƏTİDİR"

"AŞ PA-da qəbul olunan qətnamə daha əhəmiyyətlidir"<b style="color:red"></b>

Keçmiş Sovet Sosialist Respublikalarının Öyrənilməsi Mərkəzi (CXSSR) yanvarın 26-da Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının iclasında Elxan Süleymanovun müəllifi olduğu və Ermənistana qarşı irəli sürülən "Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində zorakılığın artması" və "Azərbaycanın sərhədboyu ərazilərinin sakinlərinin qəsdən sudan məhrum edilməsi" adlı qətnamə layihələri haqqında məqalə hazırlayıb.

Məqalədə qeyd olunub ki, Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğalına dair iki məruzə layihəsi AŞPA-nın Strasburqda keçirilən qış sessiyasında müzakirə edilərək, səsə qoyulub: "Hər iki məruzə işğal edilmiş Dağlıq Qarabağ və qonşu ərazilərə dair unudulmuş məsələnin yenidən beynəlxalq gündəmə gətirilməsi uğrunda irəli sürülən qətnamə layihələrinə əsaslanıb. Cəbhə xəttində zorakılığın artmasından bəhs edən birinci məruzə layihəsi kiçik səs fərqi ilə rədd edilib. Çünki bir çox deputatlar ATƏT-in bu məsələnin AŞ PA-da deyil, onların məsuliyyətində olması arqumentinə təslim olub. ATƏT-in Minsk Qrupunun həmsədrləri həqiqətən də Avropa Şurası parlamentarilərinə heç zaman görünməmiş, qəzəbli açıq məktublar və mətbuat bəyanatları göndərərək, "onların işləri"nə müdaxilə etməmək barədə "xəbərdarlıq" ediblər. Nəticədə, bir çox deputatlar Vaşinqton, Paris və Moskva rəsmi administrasiyalarının belə böyük təzyiqinin təəssüratı ilə heç bir mövqe tutmayıblar. 45 deputat səsvermədə bitərəf qalıb, bu isə AŞ PA tarixində bitərəf səslərin sayında nadir rəqəm idi".

Həmçinin, yazıda bildirilib ki, ATƏT-in Minsk Qrupu administrasiyaları ermənilərin AŞ PA-dakı müzakirəni susdurmaq cəhdlərini açıq-aydın dəstəkləyib: "Ermənilər əsasən hər iki tərəfi həll yolu tapmaq üçün məsuliyyət hiss etməyə çağıran və təmas xəttində zorakılığın artmasından bəhs edən birinci məruzəyə diqqəti yönəldib, bu səbəbdən onların hamısı ikinci məruzəyə daha az diqqət göstərib. Lakin ermənilər sonradan bu səhvə görə çox təəssüflənəcəkdilər. Çünki ikinci məruzə həqiqətən də fərqli xarakter daşıyır. Bu məruzə bütün və yeganə məsuliyyəti, təcavüzkar kimi, açıq-aydın Ermənistan hakimiyyətinin üzərinə qoyur və Azərbaycan vətəndaşlarını Ermənistan təcavüzünün qurbanları kimi təqdim edir. Bütün əvvəlki qətnamələrdən fərqli olaraq, bu qətnamədə bu təcavüzün birgə məsuliyyət olduğu qeyd edilmir. Bu gün bu təcavüzə görə açıq-aydın məsuliyyət daşıyan yeganə tərəf Ermənistan hakimiyyətidir və Ermənistana bu tələbləri yerinə yetirmək çağırışı edilir".

CXSSR hesab edir ki, ikinci qətnaməni qəbul etməklə, AŞ PA "Ermənistanı açıq-aydın Azərbaycanın Dağlıq Qarabağ və digər qonşu ərazilərinin işğalçısı" kimi təqdim edib və "Ermənistan silahlı qüvvələrinin bölgədən dərhal geri çəkilməsi üçün rəsmi tələb" qəbul edib: "Bundan əlavə, Ermənistanın irəli sürdüyü 21 düzəlişin hamısı böyük əksəriyyətlə məğlubiyyətə uğradığından və ya nəticədə geri götürüldüyündən, AŞ PA qəbul edilmiş mətnə Azərbaycanın maraqlarının əleyhinə olan heç bir hissə daxil etməyib. Bu məsələdə klassik istinad olan əvvəlki qətnamələrdən, o cümlədən, qurumun 2005-ci il qətnaməsindən fərqli olaraq, yeni qəbul edilmiş qətnamədə artıq "nəzarətdə saxlayan separatçı qüvvələr" sözləri yoxdur. 2016-cı ildə bu qətnamənin qəbul edilməsi ilə, nəhayət, AŞ PA həqiqətən də birmənalı şəkildə bəyan edir ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və digər qonşu ərazilərini işğal altında saxlayır".

Ceyhun ABASOV

 





04.02.2016    çap et  çap et