525.Az

Dillər Universitetində maaşlar artırıldı


 

Dillər Universitetində maaşlar artırıldı<b style="color:red"></b>

Azərbaycan Dillər Universitetində çalışan əməkdaşların əmək haqları artırılıb.

Bununla bağlı dünən ADU-nun Elmi Şurası qərar verib.

Bu addım ödənişli əsaslarla təhsil alan tələbələrin ödənişi, universitetin beynəlxalq və yerli layihələrdə qazandığı vəsait, əməkdaşlarının sayının azaldılması və tələbə-müəllim nisbətinin beynəlxalq standartlara uyğunlaşdırılmasının nəticəsidir.

Ölkə prezidentinin Nazirlər Kabinetinin iclasındakı nitqini və bununla əlaqədar qarşıda duran vəzifələri müzakirə edən zaman Elmi Şuranın qərarına əsasən universitetdə çalışan 300 nəfərə yaxın əməkdaşın (laborant, baş laborant, mütəxəssis, baş mütəxəssis, xadimə, rejissor, fotoqraf və sair), həmçinin universitetdə aylıq əməkhaqqı az olan əməkdaşların maaşları fevral ayının 1-dən etibarən artımla veriləcək.

Vəfa MƏMMƏDLİ

 





04.02.2016    çap et  çap et